Ürəyimi verərəm
Xəzan vursa bağçanı, çiçəyimi verərəm,Süfrəndə şey tapmasan, çörəyimi verərəm.
Amansız olsun deyə zərbən cəllad başında,Biləyinə köməkçi biləyimi verərəm.
Düşmənlər nəfəsilə zəhərləsə havanı,Onda sənə Xəzritək küləyimi verərəm.
Tufan qopsa, başına qayalar, dağlar uçsa,Qarşısına mən dayaq kürəyimi verərəm.
Azadlıq vuruşunda ürəyin parçalansa,Qoparıb bu sinəmdən ürəyimi verərəm!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-ureyimi-vererem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostlarım soruşur: “Neçə yaşın var?”Deyirəm: “Nə bilim, itibdir hesab”
GöründüYenə ürəyimdə qaynayır qanım,İlk bahar qoltuğu sazlı göründü.
Gəl, gəl!Hər yan bəzənib əlvan,May, sən nə gözəl aysan.
Biriniz mənəmUşaqlar, ay uşaqlar, gəlib buz əsalı qış,Xəzri meydan oxuyur, yağır qar, tökür yağış.
Başqa şairlərin şeirləri
(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
ÇeşməkBir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
Deyin o yara, edir aşiqin səfər, gəlsinDeyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.