Amandır, getmə
Təbrizdən ayrılarkənqardaşımdan eşitdiklərim
Məni yalqız qoyub hara gedirsən,Bax bu göz yaşıma, amandır, getmə!Dərdli könlümdəki xoş arzularıMübarək əlinlə oyandır, getmə!
Sənsən ürəyimə, ruhuma sirdaş,Qaralar geyəcək sən getsən dağ-daş.Qurbanam gəldiyin yollara, qardaş,Əməllərim sənə əyandır, getmə!
Sənə göz dikmişdir bu el, bu oymaq,Üzünə baxmaqla mümkünmü doymaq?Sən öz evindəsən, deyilsən qonaq,Bağrı bu ellərin al qandır, getmə!
Zülm ilə tapdandı gül bağım mənim,Söndü ayım, günüm, çırağım mənim.Sənsən yaman gündə dayağım mənim,Getsən yerim yenə zindandır, getmə!
Demirəm, yaş töküb halıma ağla,Doğma qardaşınam yadında saxla.Özün öz əlinlə yaramı bağla,Göz yaşım dəryadır, ümmandır, getmə!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-amandir-getme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şəhərdən əl-ayaq çəkilən zamanGəzməyə səsləyir küçələr məni.
Unudulmaz illərimiz!Haydı, Rüstəm, çıxalım gəl yarışa,*Çıxalım mövzu üçün axtarışa.*
Öpürəm bir də məhəbbətləFərhad Bədəlbəyliyə*Fərhad, oğlum, nə qəşəng bir peşə seçdin özünə,
Sabahı düşünürəmSabahını düşünürəm millətimin, özümün,Dünənimdən bu günüm xoş, bu günümdən sabahım.