Sabahını düşünürəm millətimin, özümün,Dünənimdən bu günüm xoş, bu günümdən sabahım.Mən şairəm, hər kəlməsi həqiqətdir sözümün,Şənliklərdə söz nəğməmdir, döyüşlərdə silahım.Sabahını düşünürəm nəsillərin dərindən,

Arzusunda, əməlində özümüzü görürəm.Əlbir, dilbir dağları da oynadırlar yerindən,Uzaq görən, gözlərində gözümüzü görürəm.Sabahını düşünürəm vətənimin hər zaman,Zəhmətimdir ağ gününün təntənəsi, təməli.Sabahımdan, zərrə qədər mən deyiləm nigaran,Sabahımı düşünməsəm yaşamıram deməli.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən