İllərdir üzünə həsrət qaldığım,Doğma qardaşımdan aralıyam mən.Düşmənim də bilsin, dostum da bilsin,Hələ ölməmişəm, yaralıyam mən.

Harda alnıaçıq insan görsəniz,Harda ürəklərdə üsyan görsəniz,Harda məktəbdən çox zindan görsəniz,Bilin o yerliyəm, oralıyam mən.

Çoxdandır toy-düyün görməyib obam,Xırmanda özgəyçün iş görür yabam.Səttarxandır atam, Babəkdir babam,İndi bildinizmi haralıyam mən?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri