Göydə buludlarla toqquşur ahım,Başımın üstündə şimşəklər çaxır.Özüm də bilmirəm nədir günahım,Başıma yer-yerdən sərkilər yağır.

Bülbüllər məskəni bir gülüstanıDeyirlər, ikiyə sən ayırmısan.Götürün üstümdən quru böhtanı,Bilsin təqsirini adıma yazan! –

Yox, yaranmamışam mən göz yaşından,Göyərçin dalğalı Arazdır adım.Ay ellər, qardaşı qan qardaşındanAyıran ayırdı, mən ayırmadım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar