Nigaranam
Araz sahilində gəzirəm yenə,Ürəyi söz dolu bir insanam mən.İllərdir gözlərim bu yollardadır,Öz qan qardaşımdan nigaranam mən.
Nədir bu fəlsəfə, nədir bu hikmət?Başımdan yağarkən bu var, bu dövlət.Hicran bağçasında vüsala həsrət,Bağrı çarpaz dağlı bir bağbanam mən.
Mən vurğun deyiləm şöhrətə, ada,Sadə bir şairəm, qoca dünyada.Düşəcək hərdənbir bu sözüm yada,Sanmayın beşgünlük bir mehmanam mən.
Könlümdə müqəddəs bir həsrətim var,Ləkə götürməyən həqiqətim var.Görün, nə qəribə bir qismətim var,O taylı, bu taylı Süleymanam mən!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-nigaranam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostum Səməd Vurğunun 50 illiyinə*Çox adamlar pərt olur yaşdan söhbət düşəndə,
Sağ ol, müəllimim Süleyman SaniMəktəb illərində müəllimimizTək müəllim deyil, ataydı, ata.
AnaƏzizə Cəfərzadəyə*Ey könül, nəğməmizin ilk sözü – fəxr et, anadır,
TapıbdırDostum Osman Sarıvəllinin Almaniya səfəri*Leypsiq yarmarkasında qazaxlı dostum Osman
Başqa şairlərin şeirləri · Hicran
Dəli könlüm, gözəlim, zülfünə olmuş mail,Yenə zənciri-cünun əqlimi etmiş zail.
Dəniz sakit, hava ilıq, arabirDəniz sakit, hava ilıq, arabirEşidilir bir ürəyin qəm səsi.
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.