Əzizə Cəfərzadəyə

Ey könül, nəğməmizin ilk sözü – fəxr et, anadır,Yerlərə, göylərə, tarixlərə şöhrət anadır.Anadan əmdiyimiz saf südə and olsun ki,Gözümə sönməz işıq, qəlbimə qüvvət anadır.Anamın incə, şirin laylasına qurban olum,Yer üzündə əbədi, ülvi məhəbbət anadır.Cana gəlməz yeni dünyaya gələnlər anası.Körpələrçin anadır dövlət, hökumət, anadır.Məncə, qeyrətli qıza, mərd oğula alnı açıq –Keçdiyi nəğməli yollarda səadət anadır.Ey Süleyman, anadan yaz, anadan yaz, anadan,Vətənə, millətə, dünyamıza şöhrət anadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən