Sağ ol, müəllimim Süleyman Sani
Məktəb illərində müəllimimizTək müəllim deyil, ataydı, ata.Adı Süleymandı; o illərdə bizÜmid bağlamışdıq bu böyük ada.
O qədər sevimli, o qədər əziz,O qədər mülayim bir insandı ki...Ürəyi, diləyi, vicdanı təmiz,O qədər, o qədər mehribandı ki,
O qara illərdə düşdükmü dara,Müəllim! Sən bizə havadar oldun.Sabahı düşündün, bağrında yara,Vətənə, millətə vəfadar oldun.
Yaxşı yadımdadır bu günə qədər“Qorxulu nağıllar”, qorxulu illər.Yaxşı ki, o illər düşdü dərbədər,Gəldi dünyamıza uğurlu illər.
Qasım İsmayılov küçəsindəkiMəktəbin şagirdi şairdir indi,Qəlbinin ən dərin guşəsindəkiQoşmadır, nəğmədir, şeirdir indi.
O qanlı illərdə məhəbbətlə sən,Bizə nişan verdin bu gülüstanı.Deyirəm ürəkdən, var səsimlə mən —Sağ ol müəllimim Süleyman Sani!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-sag-ol-muellimim-suleyman-sani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaradan əlini sıx Süleymanın,*O, el dərdi bilən yüksək insanın.*
Dostum Cavad HeyətəQardaş! Qanımız bir, canımız bir, dilimiz bir,Hicranın əlindən sonu yox nisgilimiz bir.
Oralıyam mənİllərdir üzünə həsrət qaldığım,Doğma qardaşımdan aralıyam mən.
Araz deyirGöydə buludlarla toqquşur ahım,Başımın üstündə şimşəklər çaxır.
Başqa şairlərin şeirləri
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,