Dostum Səməd Vurğunun 50 illiyinə

Çox adamlar pərt olur yaşdan söhbət düşəndə,Azaldır öz yaşını on ya da ki, on beş il.Dostlar bilir ki, bundan qorxmuruq sən də, mən də,Çünki şair tayfası yaşlı qocalan deyil.Adam da var sifətindən lap uşağa bənzəyir.Həyat onun gözündə oyuncağa bənzəyir.Yeyib-içir, kökəlir, qurur öz dünyasını,Yalnız bunda görür o, ömrünün mənasını.Lakin baxıb görürsən baharını alıb qış,Ürəyisə özündən yüz il əvvəl qocalmış.Əllisə də yaşımız bunu dərd etməyək heç,Anamız təbiətin ziddinə getməyək heç.Nə eybi var şairin əlli, yüz yaşı olsun.Şərt odur ki, düşünən, ağıllı başı olsun...Şeir məclislərində oldu sinəmiz kitab

Aradıq hər kəlmədə, hər sözdə bir inqilab.Dərələr, dağlar aşdıq, gah küsdük, gah barışdıq,Böyük günlər eşqinə yazıb-pozduq, yarışdıq.İlk gənclik çağımızdaÜrək ocağımızdaSözləri dəmir kimi qızdıraraq əritdik,Ömrün xoş günlərini varaq-varaq əritdik.Şeir, sənət mülkünü yenidən qurmaq üçün,Bizə xor baxanların köksündən vurmaq üçün,Əridib qəlbimizi tökdük kağızlar üstə,Vətənə, dost ellərə can dedik, hər nəfəsdə...Şairtək çəkdi dövran bizi, hey bərkə-boşa,Altında al bayrağın and içib durduq qoşa.Uymadıq şan-şöhrətə, mənasız bəzəklərə,Şeir bulaqlarından yol açdıq ürəklərə.Vətənin dar günündə səfərbər əsgər olduq,Məşəqqətli yollarda nə bezdik, nə yorulduq.Yox, bizi sarsıtmadı, qorxutmadı vuruşlar,Əziz bir xatirədir alnımızda qırışlar.Dostum! Sənin həyatın xeyli mənalı keçdi.Şeirlərin xalqının ürəyindən su içdi.Mən döyüş meydanında mərd tanıyıram səni,Yox, yox, qocaltmayacaq o coşqun ilham səni.Həyatında görmüsən həyatın hər üzünü,Qaranlıq aləmini, günəşli gündüzünü.Döyüşkən şair kimi sınaqlardan çıxmısan.Tükənməz zəfərlərin dost əlini sıxmısan.Sinəni çox gərmisən amansız dalğalara,Şair dostum, qəm yemə, sən hara, dərd-qəm hara!Polad bir dağtək dayan imtahan ayağında,Gül kimi qönçələnsin nəğmələr dodağında.Bu gün tamamlayırsan sən öz əlli yaşını,Vətən “var ol” söyləyib sığallayır başını.Hələ indi çatırsan ömrün qaynar çağına,

. Şairlər qonaq gəlib sənin şeir bağına.Sənətin keşiyində dostum, ayıq, sayıq dur,Sinəndə partiyalı böyük bir ürək vurur!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri