Sevişdilər

Ürəklərdə yatan sözlər oyandı,Hərarətlə qucaqlaşdı əlləri,Cavanlığın ömrü nura boyandı,Şirinləşdi tələbəlik illəri.Geyindilər nə bahalı, nə dəbli,Arzularsa, fikirlərsə təzədi,Özü, sözü qızın sadə, ədəbli,Ucuz üzük barmağını bəzədi.

Evləndilər

Qovuşdular, sevinc gəldi bir qucaqBaxışları öpüşdükcə hər dəfə.Şölə çəkib yandı təzə, gur ocaq,Bir səadət uçub qondu bu evə.

Yaşadılar

İllər ötdü, azalmadı məhəbbət,Fəqət onlar nə Məcnundu, nə Leyli.Barlı ağac olub artdı bu külfət,Güzəransa gah şirin, gah gileyli...Başlandı ilk narazılıq gəlindən:– Görmüsənmi lap dönmüşəm cücəyə,Bəs geyinib kecinəcəm nə vaxt mən,Necə çıxım bu plaşda küçəyə?Kriplendən palto geyir susatan,Dəbdən düşmüş şubaya da həsrətəm...– Düz deyirsən, söz vermişəm gör haçan,Alacağam, alacağam, çəkmə qəm!..– Alacaqsan, alacaqsan... bu qış daBaşqaları şuba geysin, biz xəyal?– Sən deyənə rast gəlmirəm satışda.– Əldən al...– Əldən alım?! Bir o qədər pul hanı?– Mənə gəlcək qurudursan dünyanı...

Deyişdilər...

Ər səbirlə başa salmaq istədi,İdealdan, halallıqdan danışdı.Oğruları, əyriləri pislədi.– Bir az da döz...Arvad daşdı, nə daşdı.“Şuba” deyib yerdən göyə daş atdı,Başını da tezcə tutdu altına,Hirsi bir an nə soyudu, nə yatdı.Mindi bu vaxt kişi də cin atına:– İnsan necə mürəkkəbmiş, ay aman,Onun kimi sirli deyil asiman...Sən osanmı?! Bir vaxt sadə, ədəbli,Don geyərdin nə bahalı, nə dəbli...

Ayrıldılar

Qadın dedi: – o uşaqlar, o da sən...Dəli-doli bir şivən də qopardı.Məhəbbətin gur ocağı bu evdən,Şuba o gün istiliyi apardı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri