Telefon dəstəyini götürdü oğlan,Nömrəni yığdıqca əlləri əsdi.Qızın anasından qorxurdu yaman,Səsini eşidib aranı kəsdi...Onu təntitmişdi dünənki söhbət:

– Əziyyət olsa da sizə, ay xala,Deyin, telefona gəlsin Məlahət...– Sən kimsən, nəçisən, axı, ay bala?– Bir allah bəndəsi... tanımazsınız...– Eləysə xoş getdin!– Rica edirəm...– Evdə yoxdu qız!– Xalacan...

Titrədi oğlanın səsi.Od tutub alışdı ana nəfəsi,Çevrilib qızına hiddətlə baxdı,Hirsləndi dəstəkdə çəkilən aha,Elə bil otaqda bir şimşək çaxdı:– Zəng çalma buraya, – dedi, – bir daha!

“Zəng çalma!” Bəs niyə yenə o cavanYığdı qorxa-qorxa tanış nömrəni?Düşündü: “Eyb etməz, gələr bir zamanYaxından tanıyıb əzizlər məni;Cavabı belə də olaydı gərək,Axı, o neyləsin anadır, ana.Kaş onun qızı da bir gün özütəkBelə göz olaydı öz övladına”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri