Sahil bağı, qəndil altı – şirin gözləncək,Görüş yeridir.Gəzir saat əqrəbləri qarda kösövtək,Ömrü əridir.

Yox, qaytarır itən günü, səadəti dəYetişən anlar,İsindirir iqlimi də, təbiəti dəOdlu intizar.

Varmı elə şirin duyğu ilk məhəbbətinİlk vüsalından?Bu ətrafda ətirlidir hər döngə, hər tinQız dəsmalından.

Yolum düşür indi həmin görüş yerindən,Hanı... o çağım?

İş yerinə tələsirəm, tələsirəm mən,Getmir ayağım.Nə duyğudur burda məni çəkib saxlayır,Olmuram aram.Xatirəmin aynasında bir qız ağlayır,Mən ağlayıram.

Nahaq şübhə qalbimizə suallar düzdü,Silə bilmədik.Baxışımız bir-birini həsrətlə süzdü,– Ayrılaq! – dedik.Barışmadı ulduzumuz... Qoydu bəxt biziYamanca darda.Nakam ölən cavan kimi ilk eşqimiziDəfn etdik burda.

Önümdəki quru yollar, nurlu diləklərZülmət göründü.Əlimdəki rayihəli, şehli çiçəklərƏklilə döndü.

Görüş yeri məhəbbətə oldu məqbərə,Başdaşı güldən.Elə bil ki, bir qəhrəman sərildi yerəQəfil güllədən.

Qəfil güllə! Ey cavanlar, çəkilin yana,Sizə dəyməsin!Keşiyində həssas durun hey yana-yanaEşqin, həvəsin.

Düşünərək, daşınaraq sevin dərindən,Uğurlar sizə!Qoy səadət ayaq açsın görüş yerindənEvlərinizə!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri