Xeyli vaxtdır görüşmürük,Ayrılığa dözmürəm mən.Elə bil ki, bir ağır yükAsılıbdır ürəyimdən,Ayrılığa dözmürəm mən.

Sən yuxuda olan zamanGizli-gizli mən yanmışam.Oyaq qalıb sabahacanKeşiyində dayanmışam,Gizli-gizli mən yanmışam.

Yuxu necə gəlsin gözə,Sən o yanda, mən bu yanda.Ürək istər buna dözəRadiomuz oxuyanda:“Sən o yanda, mən bu yanda...”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri