Ağladı
Urmiya gölünə qan çilədilər,Ördəyim ağladı, qazım ağladı.Köçdü sahilindən nazlı gözəllər,Baharım ağladı, yazım ağladı.
Başının üstünü dumanlar aldı,Meşələr yas tutub saçını yoldu,Dünyanın qəmləri qəlbimə doldu,Kamanım ağladı, sazım ağladı.
İki hicran çəkən yenə qəm yedi,Yandı gözlərində eşqin məbədi.Biri Araz dedi, biri Van dedi, –Süleyman ağladı, Nazim ağladı.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-agladi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üzeyir Hacıbəyovun və*Müslüm Maqomayevin xatirəsinə*
Gülüstan Qubadırİlk bahar bülbülünün dərdinə dərman Qubadır,Ətri xoş hər çiçəyi, hər gülü xəndan Qubadır.
Sənin nəfəsinSənin sevgilin olmaq deyil asan, sevgilim,Ömrümün dörd fəslinin baharısan, sevgilim.
Mənim deyil, sənindirEşqinlə gecə-gündüz vuran bu şair ürəkİnan, sevgilim, inan, mənim deyil, sənindir!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Könlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
İki lövhəYolun alt tərəfi pambıq tarlası,Yolun üst tərəfi gömgöy zəmidir.
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.