Deyirlər
Aşiq olanın bağrı dönər qanə, deyirlər,Atəşdə yanan aşiqə pərvanə deyirlər.Dost-aşnanı öyrən, baxıb ətrafına könlüm, –Hər addımını, eybini cananə deyirlər...Aç qəlbini cananına göstər ki, inansın,Bilsin, nə deyirlər ona, əfsanə deyirlər.Ey nazlı nigar, sən mənim eşqim, həvəsimsən,Eşq atəşidir, can verən insana deyirlər.Mən fəxr edirəm, çünki əleyhimdə nə varsa,Səntək gözələ, gözləri ceyrana deyirlər.Məndən sənə, ey gül, nə deyirlərsə, inanma,Səndən də gəlib gündə Süleymana deyirlər.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-deyirler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uşaqlıq xatirələri*Gün batsa da nə eybi var, əziz balam, körüyü bas,
Göy gölBəlkə də bu sirri bilmirsən özün,Sən bütün göllərin başısan, Göy göl.
Gələcək nəsillərəBiz hələlik üz-üzə gəlirik küləklərlə,Hələlik çox ağırdır Qara-Qumun havası.
UnudulmurUnudulmur mənə dolu ömür sürüb ölənlər,Vətənlə bir qəm yeyənlər, Vətənlə bir gülənlər.