Səni istər
Könlüm yenə min şövq ilə, canan, səni istər,And olsun əziz canına ki, can səni istər.Çəkməz ətəyindən əlini, çəksə də hicran,Eylər canını canına qurban, səni istər.
İlham alıram incə səsindən, nəfəsindən,Tək mən deyiləm, şanlı bu dövran səni istər.
Sən qəlbi təmiz, alnı açıq şux gözəlimsən,Ellər də olub hüsnünə heyran, səni istər.İşdir, mənə üz versə fəraqında kədər, qəmKönlüm yenə də dərdinə dərman səni istər.
Gün keçsə, zaman keçsə, vəfasız belə olsan,Əvvəlki məhəbbətlə Süleyman səni istər!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-seni-ister
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
Moda qurbanıAnadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.
Başqa şairlərin şeirləri · Eşq
Zülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
صبر من کوتاه گشت از عشق آنزلف درازکو گهی با گل بسیر است و گهی با مل براز
اسم گل پیش لبش بردن خطا باشد لب اوبهتر است از گل یقین است این که گفت و گو ندارد