Moda qurbanı
Anadan millətli, vətənli oldun,Böyüdün, cildini dəyişdin tamam.Məktəbdən qovuldun, işdən qovuldun,Bir yoxa çevrilib dedin ki, varam?Bir gecə millətli, vətənli yatdın,Vətənsiz, millətsiz oyandın səhər.Ağ günün, xoş günün daşını atdın,Bundan böyüklərin tutmadı xəbər.Aramsız içməkdən, ay nankor bala,Şişib düşbərətək göz qapaqların.Gecə meyxanədən düşərkən yolaSözünə baxmayır öz ayaqların.Təəccüb edirəm əməllərinə.Küçədə, bulvarda söz atdın yamanYurdumun həyalı gözəllərinə.
Atanı, ananı tanıdığımdanToyda ağlamağın, yasda gülməyin,Süni təbəssümün, süni söhbətin,Ömrü bir saatlıq ilk məhəbbətin,Eşit sözlərimi sən kəlmə-kəlmə.Corabın xarici, çəkmən xarici,Pencəkdə parlayan düymən xarici,Kirpiyin gəlmədir, qaşın gəlmədir,Tükü yer süpürən başın gəlmədir.Adama oxşamaq nəyinə gərək,Saqqalın mübarək, bığın mübarək.Gözünə yad elin qaratikanıQızılgül görünür, çiçək görünür.Xaricin eybəcər moda qurbanıÖz doğma bacından qəşəng görünür.Danırsan bu yerdə yaxşı nə varsa;Yad yerin pisi də sənə xoş gəlir.Tutulursan dərdə, batırsan yasa,Hər kim ki, yanına əliboş gəlir.Hər şeyi baş-ayaq qanıb deyirsən, –Bu nə mənzərədir, bu nə səhnədir!Atanı, ananı, danıb deyirsən –Füzuli köhnədir, Vaqif köhnədir.Sənin şeir zövqün, musiqi zövqünO taydan gəlmədir, uzaqdır bizə.Alıbdır başının üstünü çovğun,Qəlbində zibilin çıxıbdır dizə.Görüb-götürürsən çirkinlikləri,Bəs sənin meymundan fərqin nə oldu?El qabağa getdi, sən getdin geri,Gəncliyin qışda yox, baharda soldu.Diqqətlə baxdıqca görürəm ki, mənÖmür ağacının meyvəsi kaldır.Bilirəm ürəyin, beynin, düşüncənVətən malı deyil, xarici maldır.Səsinə səs verən yox deyil, məncə,Şübhəsiz, onlar da sən ağıldadır.
Barmaqla sayarsan, çox deyil, məncə,Görürəm başınız yaman qaldadır.Daşını atmasan bu heçin, puçunEl səni diriykən gorda görəcək.Üzüqara atan bəd əməlininVətən qarşısında cavab verəcək.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-moda-qurbani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənə üz versə kədər, məclisə cananı çağır,Dodağı qönçəli, ol gözləri ceyranı çağır.
Rəqs edirQoy bütün aləm gəlib görsün, nigarım rəqs edir.Rəqs edir dünya gözümdə, iftixarım rəqs edir.
Bəlkə də...Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır.Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır.
Gözəllər gözəlinəEşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, –Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Başqa şairlərin şeirləri · Vətən
Oldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Bakı vilayətin məskən edibsənBakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Hacının qızıGörkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.*Müəllif*