Bəlkə də...
Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır.Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır.
Bərbəzəkdən başqa bir şey bilməyən nazəndədənQəmsiz, rəngsiz gözəl, ismətli canan yaxşıdır.
Eşqdir mənası bu ağ günlərin, xoş günlərin,Sevgiyə yad bir vüsaldan məncə hicran yaxşıdır.
Bir əsr mənasız ömr etməkdən, ey dil, şübhəsiz,Millətə xidmətdə ən mənalı bir an yaxşıdır.
Kim bilir, eşq aləmində, doğruluqda, sevgilim,Çoxlarından bəlkə də şair Süleyman yaxşıdır!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-belke-de
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Haydı, Rüstəm, çıxalım gəl yarışa,*Çıxalım mövzu üçün axtarışa.*
Öpürəm bir də məhəbbətləFərhad Bədəlbəyliyə*Fərhad, oğlum, nə qəşəng bir peşə seçdin özünə,
Sabahı düşünürəmSabahını düşünürəm millətimin, özümün,Dünənimdən bu günüm xoş, bu günümdən sabahım.
Bağışlar səniYol ayrıcında qalanlara*Özünə elə bir yol seçmisən ki,