Yenə canlandı əski xatirələr,Yenə gördüm önümdə sevgilimi.Məni gəl dinlə sən, inan ki, əgərYaşasaydıq səninlə birlikdə,Kim bilir bəlkə, kim bilir bəlkə,Uçurumlarda məhv olardım mən.Sən həqiqət deyil də, bir kölgə –İdin, ey bir zamanlar istədiyim.Səni təsvirə qalmayıb rəngim,Mənə sən indi bir yabançı qadın,Bir yabançı çiçək tikanlıqda...Çox öyünmə, gözəl deyilsən sən,Rəngli dırnaqların parıldasa da,Ürəyin vəhşi, kimsəsiz bir ada.Rəngi solmuş dodaqlarında səninİndi artıq, təbəssümün gülü yox.Ürəyin bir otelsə, ey afət,Nə üçün orda, söylə, sevgili yox.Bərbəzəkdi sənin böyük dərdinHeç anırsanmı, daim istərdin,Olsun əynində şəhvət əlbəsəsi,Yeriyirkən ipək ətəklərinin –Şərqilər söyləsin ipəkli səsi!Vurmasın qəlbi puç diləklərinin!Səni mən səslədim həyata, gözəl,Sən tüpürdün bu kainata, gözəl.Elə zənn eylədin ki, təkbaşına,Güvənib öz bəzəkli daş-qaşına,

Olacaqsan yeganə bir dilbər.Dolaşıq yola düşdün oldu hədər.Harda qaldı o komsomol, harda,O günəşli, o doğru yol harda?Bir zamanlar həqiqətimdin sən,Keçdi artıq o dəmlərin, keçdi.Can evindən cavanlığın köçdü,İndi artıq zavallısan, heyhat,Sənə biganədir bizim bu həyat!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri