Gedər
Ayaq kəsmə dost kuyindən, nazlı yar əldən gedər,Naşı bağban bağ bəsləyib heyva, nar əldən gedər.Aşnanın tərğini qılıb, meylini vermə yada,Yad gəlib aşna olunca, aşna yar əldən gedər.
Gecə-gündüz gün dolanar, gərdiş eylər ayınan,Ağ üzündə qoşa xallar düzülübdü sayınan.Məğrurlanma dəli könül, hər gədaynan,Bir gün olar, dövran dönər,dövlət-var əldən gedər.
İstə səni istəyəni, keçmə ondan heç necə,Nazlı yar qəzəbə gəlib, ələ gəlməz heç necə.Xəstə deyər, saxla məni, Haqq qonağı bir gecə,Ay dolanıb illər keçər, ixtiyar əldən gedər.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-hasan-geder
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məni bir salatın dəvət elədi,Dedi: oğlan, al badanı bir-bir çək
Qara heyMən deyirəm, bu dünya da beş gündü,Mən bilirəm beşini də qara,hey!
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
BirAbı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.