Bir
Abı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.Vaqif hər dərddən qanandır, o gövhərin qiyməti yox,Qul Qarani qərəz eylər, Aşıq Ömər sözdə bir.
Qurbani haqq aşığıdır, daim haqdan sökər,Dəstinə alıf qələmi xəttinə bir xaz çəkər,Çöllü İsmayıl baş tacıdı, candan qəsəvət tökər,Kərəm ki yandı atəşə, od da birdi, köz də bir.
Molla Xalis dəlalətdən içdi eşq badəsini,Güftadiyə vermişdilər ondan ziyadəsini,Ürfani haqq aşığıdı, görmüşüh ədasını,Usta Polad kamil usta, Dəli Temo sazda bir.
İçmədim aşq badəsini, həm oxuyam, həm yazam,Böylə getməz bu ülüzgar, əlbət gəlir bir ayam,İli min iki yüz on dörd, hesabı yox ki, sayam,Çox aşıqlar gəldi keçdi, Xəstə Hasan yüzdə bir.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-hasan-bir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Dəhr dərmandələrdən müşkili asan eylər,Hicr ilə dərd birdir, vəslilə dərman eylər.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Könlüm istərKönlüm istər bir yol salam,Yenə ellərdən-ellərə.
“Xarı bülbül”“Gedək İsa bulağına,çıxaq Qırxqız yaylağına...”