Ömür kitabımdan bir yarpaq
Şəhərdən əl-ayaq çəkilən zamanGəzməyə səsləyir küçələr məni.Çox gözəl tanıyır bir sirdaş kimiGündüzdən seçilməz gecələr məni.
Yazıb yaratmaqdır eşqim, əməlim,Ayrılmır kağızdan, qələmdən əlim.Şerdir, mahnıdır bu gəlhagəlim,Bilirəm yazmamaq heç elər məni.
Baxıram ömrümün kitabına mən,Güvənib könlümün rübabına mənYuxusuz gecələr hesabına mənQoymaram dostlarım keçələr məni.
Manqalı tüstülü bulaq başında,Qazanı qaynayan ocaq başında,Həm dəzgah başında, həm dağ başındaEşidir cavanlar, qocalar məni.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-omur-kitabimdan-bir-yarpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün bu dünyadan köçəcəyəm mən,Ulduzlar, ay, günəş doğacaq mənsiz.
Dost kimi, qardaş kimiMeşədə quşlar artıq oxumur kef-damaqlı,Günəş üstdə bulud var göz üstündə qaş kimi.
Yerini verə bilməzMən əlləri qabarlı bağbanam vətənimdə,Bağçamın güllərini yad əllər dərə bilməz.
Məktuba cavabElin ağsaqqalıdır, şairimiz etsə qəbul.*Şerimi töhfə kimi sadə o insana verin.*
Başqa şairlərin şeirləri
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.
Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərimEy gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim,Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.