Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim,Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim.
Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim,Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim.
Ey baharım, ey nigarım, ey şikarım, şahidim,Ey hərifim, ey zərifim, ey şərifim, sərvərim.
Ey gülüstanım, gülüm, sərvi-güləndamım mənim,Sağərim, şəm’im, şəbistanım, məlayikmənzərim.
Ey riyahin rahətim, ruhi-rəvanım, lütf ilə,Sərfərazim, sərkəşim, şuxü səadət əxtərim.
Ey mənim xurşidü mahım, ey çırağım, fanusum,Şux çeşmim, lütfi-şahım, ey mübarək peykərim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Eşqin aldı əqlü huşum, könlümü yəğmaladı,Söylə axər, ey Nəsimi, cani-dildən çakərim.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ey-gulum-ey-sunbulum-ey-susenim-ey-enberim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
Anam təlim edən dildəMənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.
ÖlkəmDünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.