Ey camalım ərşi-rəhman qabiə-qövseyn qaşınız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey camalın ərşi-rəhman qabiə-qövseyn qaşınız,Nəqşi-ma-əvha yazıbdır hüsnünə nəqqaşınız.
Əhsəni-surətdə, yarəb, sən nə ziba çöhrəsən,Hurilər oldu qulun, xublar qamu fərraşınız.
Ey üzü cənnət, xəti reyhan, dodağı səlsəbil,Laməkan bədrü hilalidir üzünlə qaşınız.
Ta ki zülfü qaşlarından gözləri çəkdi çəri,Oldu kövn ilə məkanın varlığı taraşınız.
Surətindən, ey sənəm, ta görmüşəm həqqi əyan,Səcdə qıldı üzünə bu aşiqi-qəllaşınız.
Bəhri-zatın gövhərisən, layəzalın surəti,Laməkan sirrinə xoşdur uşbu gün sirdaşınız.
Məqtə — şairin təxəllüsü olan son beyt. Üzünü gördü Nəsimi, ey gözüm nuri həbib,Asitanındır səririm, yastığımdır daşınız.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ey-camalin-ersi-rehman-qabie-qovseyn-qasiniz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,Könlümün dildarı sənsən, özgə dildar istəməz.
Şənbə günü mən uğradım ol sərvi-rəvanəŞənbə günü mən uğradım ol sərvi-rəvanə,Şeyda qılıban saldı məni cümlə cəhanə.
Səndən iraq, ey sənəm, şamü səhər yanaramSəndən iraq, ey sənəm, şamü səhər yanaram,Vəslini arzularam, daxi betər yanaram.
Sənəma, üzün gülündən gülə-gülə gül utandıSənəma, üzün gülündən gülə-gülə gül utandı,Xəcil eylədi dodağın şəkəri, nabatı, qəndi.