Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,Könlümün dildarı sənsən, özgə dildar istəməz.
Cənnəti-ədnin tamaşası rüxün gülzarıdır,Kim ki, şol gülzarı buldu, özgə gülzar istəməz.
Ta əbəd hirman imiş həqdən nəsibi, hər kim olSəndən, ey dilbər, iki aləmdə didar istəməz.
Könlümün məqsudi sənsən, hacəti həqdən budur,Hacətindən ayru könlüm nəsnə, zinhar, istəməz.
Gəl ki, sənsiz könlüm, ey canü cahanın hasili,Künfəkanın hasilindən oldu bizar, istəməz.
Sorma, ey dilbər, mana kim, hacətin məndən nədir,Çünki mə’şuqindən ayru aşiqi-zar istəməz.
Kim ki, zülfünün xəyalı bağladı könlündə, olRahibi-deyr oldu, ondan özgə zünnar istəməz.
Çün, ənəlhəq darını Mənsur olandır istəyən,Olmayan Mənsur ənəlhəq, leysə fiddar istəməz.
İstərəm aləmdə yarın sirrini faş eyləyim,Müddəinin canı yanar qəmdən, əğyar istəməz.
Yüzünü bipərdə görmək istərəm daim, vəliMinkirin görməz gözü, çün kəşfi-əsrar istəməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. İstədi həqdən Nəsimi vəslini, buldu murad,Maliki-didar olubdur, gəncü dinar istəməz.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-sen-mana-yar-ol-ki-konlum-bir-dexi-yar-istemez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üzünü məndən nihan etmək dilərsən, etməgil!Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
Var bu cahandan özgə bizim bir cahanımızVar bu cahandan özgə bizim bir cahanımız,Surət bu aləm oldu bizə, ol məkanımız.
Vəchdən dilbər götürmüşdür niqabVəchdən dilbər götürmüşdür niqab,Qəd nəcatəm min şitab illa nəcab.
Vəchində peydadır sənin ənvari-zati-kibriyaVəchində peydadır sənin ənvari-zati-kibriya,Ol nurə qarşı daima şərməndədir şəmsüzzüha.
Başqa şairlərin şeirləri · Eşq
از سرّ تو جان یافته هر لحظه سروری
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Tərəhhəm li, təkəlləm, ya ğəzaləTərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.