Üzünü məndən nihan etmək dilərsən, etməgil
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Üzünü məndən nihan etmək dilərsən, etməgil!Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
Bərgi nəsrin üzrə mişkin zülfün Sən dağıdıb,Aşiqi bixaniman etmək dilərsən, etməgil!
Qaşların qövsündə müjganın xədəngin gizləyib,Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!
Canımı vəslin şərabından ayırdın, ey gözüm,Eynimi gövhərfəKan etmək dilərsən, etməgil!
Qoymuşam eşqində mən kövnü məkanın varını,Can nədir kim, qəsdi can etmək dilərsən, etməgil!
Bürqəi üzündən açarsan məgər naməhrəmə,Gizli əsrarı əyan etmək dilərsən, etməgil!
Yandırırsan könlümü eşqində, məlum oldu ki,Anı risvayi-cahan etmək dilərsən, etməgil!
Doğruyam eşqində oxtək, kirpigin tanıqdurur,Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!
Çünki eşqin məskənidir könlümün viranəsi,Həsrətə anı məkan etmək dilərsən, etməgil!
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün yəqin bildi Nəsimi ağzının var olduğun,Ol yəqini sən güman etmək dilərsən, etməgil!
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-uzunu-menden-nihan-etmek-dilersen-etmegil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çıxar pənbə qulağından, gözün açKi, həşr olduvü çalındı bu gün sur.
Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqabÇünki rəf oldu üzündən, ey şəhi-xuban, niqab,Qalmadı küfrü zəlalət, zahir oldu afitab.
Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməzDaldım yenə bir bəhrə ki, ümman dəxi bilməz,Küfrün sözünü dünyada iman dəxi bilməz.
Dərdə müştaq olmayan kimdir ki, dərman istəyəDərdə müştaq olmayan kimdir ki, dərman istəyə?Qəbləl-mövti bilməyən, sən sanma ki, can istəyə.
Başqa şairlərin şeirləri · Eşq
Eşqin şərabından bir qətrə içən,Əlbəttə, od tutub yanar, ariflər!
Könlüm çıxıb gedibdir, bilməm nə cür bəla varMən ki, əziz tutardım, bəs bunda nə qəza var?
İki məktub“...Məni yaman unutmusan, oğlun olandan,Elə onu soruşursan, onu hər zaman.
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,