Var bu cahandan özgə bizim bir cahanımız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Var bu cahandan özgə bizim bir cahanımız,Surət bu aləm oldu bizə, ol məkanımız.
Zatına həyyü baqi demişlər bu cövhərin,Şol kim, bizim-cahanımız olmuş bu canımız.
Ey də’vət eyləyən bizi firdövsə, eylə bil,Cənnətdən özgə vardurur ə’la məkanımız.
Cövhər ki, dutdu aləmi rövşən günəş kimi,Andandır aşikara bu gənci-nihanımız.
Cövhərləri zühura gətirdi çü nitqi-həq,Gör kim, nə feyzə gəldi yenə bəhrü kanımız.
Ol kim, bizim həqiqətimizdir xəyalımız,Yoxdur nişanı qılca, nə bilsin nişanımız.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sən bu Nəsiminin dilini anla, bil sözünKim, var bu dildən özgə bizim bir lisanımız.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-var-bu-cahandan-ozge-bizim-bir-cahanimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
AyrılıqAh, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
İstixarəFikir edirik biz də bir iş başlayaq,Eyləyirik istixarə, bəd gəlir.