Vəchdən dilbər götürmüşdür niqab,Qəd nəcatəm min şitab illa nəcab.

Qalə təbtəm, sirri çün qaşi, gözüİz əbəd aydır hürufi-lil-hicab.

Əmr çün gəldi bəşarətlər bizə,Min həbibi indəhü elmül-kitab.

Latələzmu gəldi əyyami-vüsal,İz fətəhtüm eyyühəl-üşşaq bab.

İz rəfə-təl hicb, bir baxın bizə,Fənzəru fil-yovm qeyrən-niqab.

Layənalu bu qapıdan getməniz,Zinqədər hərrəm əleynəl-ictinab.

Məqtə — şairin təxəllüsü olan son beyt. Əsməu Seyyid kim, aydır uş sizə;Və’ləmü vəllahü ə’ləm bissəvab.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq