Vəchində peydadır sənin ənvari-zati-kibriya
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Vəchində peydadır sənin ənvari-zati-kibriya,Ol nurə qarşı daima şərməndədir şəmsüzzüha.
Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm,Fərhadivar istər könül Şirin dodağından şəfa.
Cami-müsəffadən mənə saqi içirdi bir qədəh,Sufi nə bilsin mən necə ol camdən buldum səfa.
Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir,Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
Eynəl-yəqin həq sirrinə idrak edən insan mənəm,Ey mə’rifətdən bixəbər, insafa gəlgil, biriya.
Məqtə — şairin təxəllüsü olan son beyt. Canı, cahanı sənsizin neylər Nəsimi xəstədil,Səndən müdam ehsan umar, çün kim, gədadır binəva.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-vechinde-peydadir-senin-envari-zati-kibriya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq,Aqili divanə qıldı aqibət sevdayi-eşq.
Neylərəm mən bunda durub, çünki dildar andadırNeylərəm mən bunda durub, çünki dildar andadır,Sanma kim, anda dedigim Bursa ya Larandadır.
Nə süni-paki-yəzdansan, a dilbərNə sün’i-paki-yəzdansan, a dilbər?Müsəvvərsən, müənbərsən, münəvvər!
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canımNigarım, dilbərim, yarım, ənisim, munisim, canım,Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.