Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq,Aqili divanə qıldı aqibət sevdayi-eşq.
Eşqə düşənlər bilir həm yenə eşqin qədrini,Ol aşiq aşiqmidir kim, olmadı rüsvayi-eşq.
Eşq içində dinü dildən gəl keç imdi, ey fəqih,Şeyxi Sən’an kimi ol gəl sən dəxi tərsayi-eşq.
Kim ki, istər dilbərinin xəlvətinə yol bula,Can fəda qılmaq gərəkdir min kərə dər payi-eşq.
Sevgilimin sevgisindən özgə sığmaz könlümə,Sevgilimdən özgəyə qılmaz bu gün pərvayi-eşq.
Könlümün viranəsin mə’mur qıldı eşqi-yar,Canımın xəlvətsərasın qılmışam mə’vayi-eşq.
Məqtə — şairin təxəllüsü olan son beyt. Aşiqi-canan olubsan, ey Nəsimi, sən bu günKönlünü aldurdun, oldun axərin yəğmayi-eşq.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-nagehan-konlume-dusdu-surisi-qovgayi-esq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
خال را در زیر زلف آن پری پیکر ببینگر ندیدی دانه را از دام گیراتر ببین
Yar əlindədiCan yığışıb boğazıma yetişib,Dərmanım alagöz yar əlindədi.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.