Mehri-rüxün tabına düşdü könül yanədir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mehri-rüxün tabına düşdü könül yanədir,Şəm’ə düşən narına yansa gərək, ya nədir?
Ey məhi-bədrin üzü mehri-rüxündən xəcil,Şəm’inə gör canımı kim, necə pərvanədir?
Zülfü rüxün sirrini bilməyənə aydıram:Küfr ilə imanımız, Kə’bəvü bütxanədir.
Nəqşi-xəyalın məni nəqşü xəyal eylədi,Münkiri-eşqin gözü ikiligə yanədir.
Cami-səqahüm içər dilbər əlindən müdam,Kim ki, anın saqisi nərgisi-məstanədir.
Çünki vüsalınlayam leylü nahar, ey sənəm,Cami-Cəm uş məndədir, mülki-Süleyman nədir?
Lə’li-ləbinlə gözün mey içirərlər mana,Mən necə məst olmayam, çün iki peymanədir?
Dünyavü üqbayı mən vəslinə dəyişmişəm,Assisinə min başım can ilə şükranədir.
Eşqi-rüxün məskəni xəlvətidir könlümün,Gənci-həyatın yeri gör ki, nə viranədir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Düşdü Nəsimi saçın həlqeyi-zəncirinə,Düşməyən ol həlqəyə, gör ki, nə divanədir.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-mehri-ruxun-tabina-dusdu-konul-yanedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Nə ağırdır mənim eşqim, nə ağır,Bu ağır siqləti çəkməz divlər.
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
بیار باده، که ما را به هیچ حال امشببرون نمیرود آن صورت از خیال امشب