Müənbər sünbülün, şaha, güli-siraba pürçindir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Müənbər sünbülün, şaha, güli-siraba pürçindir,Məazallah, xəta qıldım, nə pürçin, nafeyi-Çindir.
Xətadır Çinə həml etmək müənbər zülfünü, billahKi, hər bir qılı saçının həzaran Çinü Maçindir.
Dəhanından xəbər verdi rəvanpərvər sözün, ammaBilinməz nəsnədən kimsə inanmaz kim, xəbər çindir.
Sən ol sultani-xubansan bu gün aləmdə, ey dilbərKi, qultək cümlə sultanlar sana şahinü laçindir.
Müdəvvər nöqteyi-xalın gözümdən bir nəfəs getməz,Məgər kim, şol qara bənlər gözümdə nəqşi-pürçindir.
Rüxün üzrə bənin şahanə hindudur, əcəb, yarəb,Yalançı oğrumu, yaxud Irəm bağında gülçindir?
Göyərçintək şikar etdi məni ol nərgisi-fəttan,Yavuz gözdən iraq olsun ki, xoş türkanə laçindir.
Məhi-tabana, ya mehrə səni bənzətməsəm, neyçünKi, hüsnün xirmənində gün məh ilə sünbüləçindir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gözümdən gərçi dilkəşdir saçının şivəsi, ammaNəsimiyi bu sevdaya buraxan şol moğolçindir.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-muenber-sunbulun-saha-guli-siraba-purcindir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Düşdü yenə dəli könül gözlərinin xəyalinə,Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Düşdüm əzəldə zülfünə, dam olmadan hənuzDüşdüm əzəldə zülfünə, dam olmadan hənuz,İçdim ləbin şərabını, cam olmadan hənuz.
Düşmüş müənbər sünbülün xurşidi-taban üstünəDüşmüş müənbər sünbülün xurşidi-taban üstünə,Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə.
Düşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayəDüşürmüş ənbərin zülyfün hümayun kölgəsin ayə,Təaləllah, zəhi sünbül, təaləllah, zəhi sayə!
Başqa şairlərin şeirləri · Eşq
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.