Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə,Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə.
Könlümü viran eylədim, mehrin yerin can eylədim,Eşqin mana şan eylədim, düşdü qəmin can üstünə.
Dərdi-məhəbbət aşiqə dərman yetər, var, ey həkim,Hərdəm mana bir dərd ilən artırma dərman üstünə.
Rüxsarın üzrə zülfünü hər kimsə kim, gördü dedi:Küfri-siyəhdir, sanasan, dağıtmış iman üstünə.
Yaquti-reyhandır xətin, ey quti-can, lə’li-ləbinŞö’lə ki, düşmüş Xızr tək ol abi-heyvan üstünə.
Nuri-təcəlli sirrini xalında gördü gözlərim,Gör kim, nə surət bağlamış bu çeşmi-giryan üstünə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Eşqindən, ey arami-can, gərçi Nəsimi xak olur,Durmuş səninlə ta əbəd şol əhdü peyman üstünə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-dusmus-muenber-sunbulun-xursidi-taban-ustune
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə,Aşiqi-aşüftəyi bisəbrü aram eyləmə!
Boyundur sidrəvü tuba, dodağın abi-heyvandırBoyundur sidrəvü tuba, dodağın abi-heyvandır,Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır.
Cahan üzün günəşindən münəvvər olmuşdurCahan üzün günəşindən münəvvər olmuşdur,Səba saçın qoxusundan müəttər olmuşdur.
Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylərCamalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər,Anın qövsi-qüzeh qaşı bu bədr ayı hilal eylər.