Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə,Aşiqi-aşüftəyi bisəbrü aram eyləmə!

Şol moğolçin nərgisinlə çünki qapdın könlümü,Bağrımı cövrinlə pürxun, ey dilaram, eyləmə!

Kimsə çün yarın vüsalın bulmadı tamat ilə,Əbsəm, ey xəlvətnişin, əndişeyi-xam eyləmə!

Və’də qılmış həq bizə çün səlsəbilü hurü eyn,Qoyma əldən şahidi, tərki-meyü cam eyləmə!

Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil,Danə düzmə təsbihi, səccadəyi dam eyləmə!

Zülfü rüxsaridir anın zikrimiz hər sübhü şam,Zikrsiz hərgiz, ilahi, sübhümüz şam eyləmə!

Məqtə — şairin təxəllüsü olan son beyt. Çün Nəsiminin muradı sənsən, ey arami-can,Xəlq içində anı düşmənkamü bədnam eyləmə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq