Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır,Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır.

Üzün inna-fətəhnadır, təbarək şə’ninə münzəl,Bu vəchi əhsəni-surət bilənlər əhli-irfandır.

Xətin ümmül-kitabıdır bəyanı əhli-tövhidin,Hürufu lövhi-məhfuzun müsəvvər şərhi-Fürqandır.

Rüxün gülzarına qarşı qızardı məğribin rəngi,Tüluyi məşriqin rəngi nəsimi-ənbərəfşandır.

Hədisi gövhərəfşanın həqiqətdir nəhayətsiz,Üqulu əhli-irfanın onun hərfində heyrandır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimi çün səni gördü münəzzeh oldu aləmdən,Gözündə surəti-rəhman, dilində zikri-sübhandır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq