Dilbəra, mən səndən ayru ömrü canı neylərəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?Təxti-tacı, mülkü-malı xanimanı neylərəm?
İstərəm vəsli-camalın ta qılam dərdə dəvaMən sənin bimarınam, özgə dəvanı neylərəm?
Ey müsəlmanlar, bilin, yar ilə xoşdur bu cahan,Mən ki, yardan ayrı düşdüm, bu cahanı neylərəm?
Çox dualar qılmışam mən xaliqin dərgahına,Çün muradım hasil olmaz, mən duanı neylərəm?
Məqtə — şairin təxəllüsü olan son beyt. Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-dilbera-men-senden-ayru-omru-cani-neylerem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey kainati-fikrətimin şəmsparəsi,Bilməm üful qıldımı bəxtim sitarəsi?
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəzYoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri