Ey kainati-fikrətimin şəmsparəsi,Bilməm üful qıldımı bəxtim sitarəsi?

Eşqin cəhənnəmi yaxıyor xüldi-ruhumu,Yandırmayırmı könlünü ahim şərarəsi?

Rəhm eylə, ağlayır ürəyim bir çocuq kimi,Güldür, yetimdir, sənə qalmış idarəsi.

Ruhum qədər səmalərə pərvaz edən mələk!Ümmani-zülmünün niyə yoxdur kənarəsi?

Cövrünlə, dilbərim, dilim olmuş cərihədar,Mühlik cərihədir dilimin eşq yarəsi.

Məndən əgər fəraqi-müəbbədsə niyyətin,Ersin xitamə səfheyi-ömrün şümarəsi.

Bikəslərə nəzarət edər sayədarlər,Miskininə budurmu o yarın nəzarəsi?

Gözdən düşürmə bəndəni, ey hökmdari-hüsn!Aldatmasın səni bu vəcahət əmarəsi.

Məğrur hüsni-ani bu meydani-hüsndə –Çox görmüşəm piyadə qalıb şəhsüvarəsi.

Qıldım sənə hədiyyə bu cami-məhəbbəti,Ənguri-təb'imin budur iştə üsarəsi.

Hər dəmdə nəğmələr töküyor, nəğməsaz olur –Gülqönçeyi-həqiqətə fikrim həzarəsi.

Vəslin səbahi çıxmasa ruzum ləyaldır,Aram edən xəyalımı ancaq xəyaldır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq