Nəvayi-rindanə
Fədakarənə çıx meydana, əhrarənə cuş eylə,Sipəhsalar olub təftişi-əhvali-cüyuş eylə.
Bu taqi-şö’lədari-rif’əti ehraz lazımsa,Livayi-fəthü kəşfi heydərasa zibi-duş eylə.
Edir pürvəlvələ təbli-rəqabət səhni-imkanı,Təzəlzülbəxşi-hissiyyat olan avazı guş eylə.
Müsəmməmsə xəyalında əgər amali-istiqbal,Atıl meydana şiranə, mühibanə xürüş eylə.
Açıqdır bəzmi-ünsə ünsi-meynuşani-hürriyyət,Şərəfyabi-düxul ol, badeyi-ürfanı nuş eylə.
Şitaban ol da işrətgahi-nuşanuşi-rindanə,Əbayi-zərqi payəndazi-piri-meyfürüş eylə.
Nə gördün mənşəi-vəsvas olan günci-mədarisdə?Qılıb tərki-vəsavis, guş ilhami-sürüş eylə.
Nədir kəsbin əmaimpuş olan əhli-təğafüldən,Təəssüb xirqəsin yax, kisveyi-insafı puş eylə.
Təsəvvüfdən, təəbbüddən nədir əqsayi-amalın?Təriqi-əzmini, zahid, təriqətgahi-huş eylə.
Burax bu qiylü qali-biməali, əhli-mə’na ol,Çiraqi-həqqi rövşən qıl, xürafatı xəmuş eylə.
Əgər mə’mulun isə kəsbi-hissiyyati-hürriyyət,Fədakarani-həqqin pəndi-rə’nasın niyuş eylə,
Dilərsən feyzdar olmaq ülul-əlbabdən, Hadi,Açıb mə’na qulağın, zahiri guşi fürüş eylə!
12 iyun
Kitabxana.az · https://kitabxana.az/works/hadi-nevayi-rindane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cahan didəmdə durmuş bir zülamabad halında,Edir isbat mövcudiyyətin fəryad halında.
Nəyimiz var?Nə iste’dadi-ülviyyət, nə də ürfanımız vardır,Dəyərsiz, xeyirsiz yüz min sürü nadanımız vardır.
Saqiyə bir niyazi-ricaməndanəSaqi, ələ al cami-səfabəxşi-rəvani,Lütf eylə dəmadəm bizə ol ruhi-rəvani.
Sevgili şagirdlərimizə ərməğanDəbistan bir baharistan, onun əzhari ürfandır,Dəbistan bir nihalistan, onun əsmari ürfandır.
Başqa şairlərin şeirləri
Gözə ol şəh yolidin özgə gubari bolmasun,Məndin özgə kimsəgə andin güzari bolmasun.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
BizÖvradımız, əzkarımız əfsaneyi-zəndir,Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir