Cahan didəmdə durmuş bir zülamabad halında,Edir isbat mövcudiyyətin fəryad halında.

Riyahi-zülm ilə fərsudələnmiş bağı-əmniyyət,Uçar ruhum quşu bağı-fənayə bad halında.

Çəkildi həcləgahi-ismətə nazəndə hürriyyət –Görəndə cilvəgahi-hüsnün istibdad halında.

Olub məsləkfürüşan aləti-əzvaqi-istibdad.Bu alçaqlar görür bu halı iste'dad halında.

Nasıl fərq eyləsin biçarə millət nurü zülmatı,Zəlalət cilvələnmişdir bu gün irşad halında.

Hanı hürriyyətü ədlü müsavat, ey riyapərvər?Müsəmmadan xəbər yox, qaldı bunlar ad halında.

Vətən meydanı olmuş saheyi-bazıçeyi-tiflan,Çəkilmiş mərdi-meydan inzivayə dad halında.

Bu vəhşətgahdə əyləncəyiz dəsti-cəhalətdə,Nasıl istərsə oylə oynadır nərrad halında.

Nəyə nəsbi-nigah etsəm, təzəllümlər, təəllümlər –Səvaiqpaşdır dünyaya istimdad halında.

Kimə ağuşi-şəfqət açdı bu naməhriban madər?Bu matəmzarı kim seyr eylədi dilşad halında?

Təfərrüc eylə sərvistanı, gör şol sərvi-azadi,Məzarından çıxıb azadəgan azad halında.

Bu mövcudat həp məhsuludur bir cövhəri-fərdin,Neçin etmiş təşəkkül kainat əfrad halında?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri