Təsviri-bədaye
Bu sün'gah nədir? Zadeyi-təbiətdir –Ki, hər səni'əsi heyrətfəzayi-fikrətdir.Bu asimani-məkövkəb kitabi-qüdrətdir –Ki, hər səhifəsi tarixi-sərmədiyyətdir.
Bütün sərairi-hesti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Nədir bu əncümi-rəxşan fəzayi-minadə?Nədir bu mövci-xürüşan sütuhi-dəryadə?Nədir həqiqəti-cuşan cəhani-xülyadə?Nədir bu fikri-pərişan dili-qəməfzadə?
Bütün sərairi-hesti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Nədir bu cəvvi-vələhza ki, yoxdur ib'adi?Nə üzrə rəkz qılınmış bu dəhr bünyadi?Dərəm təsəvvürə aldıqda bu qəmabadi:Bu kainatü həyatın kim olmuş ustadi?
Bütün sərairi-həsti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Nə məqsəd ilə yaranmış cidalgahi-həyat?Nədir həyat ilə də'va edən cünudi-məmat?Nədir imarəti tə'qib edən bu təxribat?Gəlir xəyalə bu sirri edəndə tədqiqat:
Bütün sərairi-həsti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Nədir rəvabitü eşqü məhəbbət əşyadə?Nədir bu nəzmi-mükəmməl həzizü baladə?Nədir o mənbəyi-pərtöv səmayi-xəzradə?Nədir bu nuri-həqiqət zülami-mə'nadə?
Bütün sərairi-həsti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Nədir bu fikri-təcəddüd üquli-adəmdə?Nədir bu namütənahi təğəyyür aləmdə?Birər libas geyir kainat hər dəmdə,O dilrübayi-təməddün bu gün təbəssümdə.
Bütün sərairi-həsti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Nədir hüviyyəti-fikrətdə iştiyaqi-cidal?Nədən vücudə gəlib xəlqdə məraqi-qital?Nədir həyatü məmat, nədir fəraqü vüsal?Bəşər bilirmi bu sirri, zəhi xəyali-məhal!
Bütün sərairi-həsti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Nədir bu buyi-lətafət behişti-rə'nadə?Nədir o şiveyi-ismət güli-fərəhzadə?Nədir təraneyi-riqqət həzari-şeydadə?Nədir şükufələrə qəsdi bu təmənnadə?
Bütün sərairi-həsti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Səhabələr töküyor bağzarə əmtarı,Bu giryə güldürüyor gülşən içrə əzharı,Nəsim oynadıyor bərxi-səbzü əşcarı,Nasıl ki, oynadır aşiq üzari-dildarı.
Bütün sərairi-həsti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Səmadə quşlar olur pərgüşayi-hürriyyət,Nə dadlıdar o fəzayi-səfayi-hürriyyət,Yaşa, yaşa, yaşa, ey dilrübayi-hürriyyət!Bəşərdə yox hələ zövqi-həvayi-hürriyyət.
Bütün sərairi-həsti səzayi-heyrətdir,Bu sayəzari-müşə'şə' dəfini-zülmətdir.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-tesviri-bedaye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəxti-nəmərdanəmizdən ruzgar ağlar bizə,Oylə bədbəxtiz ki, bəxti-nabəkar ağlar bizə,
Bu da bir həqiqətAşiqi-sadiqləriz, pünhan deyil bürhanımız,Kizbdən varəstə qalmış, şükr olsun, canımız.
Cəhalətimdən şikayətVarmı bundan yuxarı uçmağa iste'dadım?Qabiliyyət pərimə zəxm vurub ustadım.
Dad istibdaddan!Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,Olduq əsiri pənceyi-qəhrü müsibətin!
Başqa şairlərin şeirləri
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Dərs səhəriHələ səhər açılmamış, günəşdən qabaq,Yatağından tezcə qalxan uşağa bir bax,