Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,Olduq əsiri pənceyi-qəhrü müsibətin!

Hər səmtdən atılmadadır tiri-cangüdaz,Yoxdur önün alan bu xədəngi-fəlakətin!..

“Layəs’əl”in məalına meydan olub vətən,Keyfi idarələrdə nə kanı ədalətin?!

Hər yerdə eyləyir sitəm icra hökmünü,İşdə budur nizami kilabi-dənaətin!

Hər kəs nə bilsə etsin, əvət... kimsə dinməsin,Məmnu’dur denilməsi sidqin, həqiqətin.

Ehraq olundu zülm ilə nazəndə şəhrlər,Yaxmaqdadır cahanları ahi cəmaətin.

Bari-girani-zəhmətə yox səbri qulların,Yarəb, nədir bu rütbə təhəmmüldə hikmətin?

Qan ağlayır əhali, könüllər cərihədar,Gülməzmi, ey xuda, yenə rüxsari-rəhmətin?

Hər kimsə öz mənafeyi-şəxsiyyəsin arar,Əshabi-fəqr olmada qurbanı zillətin.

Minlərcə binəva quru yerlərdə can verir,Beş-on ləim nail dəryayi-ne’mətin.

Hər kəs gərək bərabər ola hər hüquqda,Ehsanıdır bu ərz bizə dəsti-qüdrətin.

Mənsux olunsa qaideyi-keyfəməyəşa,Tərtil edilsə ayəsi şurayi-ümmətin,

Kəsbi-səadət eyləriz, azadiqəm olub,Məs’udluqla ömr edər əfradı millətin.

Qət’i-ümid etməyərək kuşiş eyləyin,Eylər cibalı qəl’ hümməti-ərbabi-qeyrətin.

Həmdəsti-ittifaq olunuz, ey rəfiqlər!Birlikdə fəth olur sizə babi səadətin.

Xabi-nifaq saldı bizi bu səfalətə,Məhkum qıldı cümləmizi qeydi-möhnətə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri