Sabahleyin odamdan çıxıb mətbəəyə gedirdim. Kitab çantasını ziynəti-duşi-şətarət edən bir xristian balasına rast gəldim. Bu sevimli tifli-növxanın bir ədayi-mələkanə, bir vəz'i-vicdanpəsəndanə, bir tərzidilfiribanə ilə gülşəni-ətfal olan məktəbə gedişi həqiqətən nəzəri-diqqətimi cəlb etdi. Hənuz 8-9 yaşında bulunan bu gülqönçeyi-ürfanın könlümə ilqa etdiyi hissiyyati-mə'sumaneyi-kudəkanəsi şe'r olaraq dodaqlarımdan tökülməyə başladı:

Ey iktisabi-elmə şitaban olan çocuq,Ey talibi-şükufeyi-ürfan olan çocuq,Bir tərzi-dilrübadə xüraman olan çocuq,Ağuşi-məktəbü ədəbə can atan çocuq,

Ey kainati-izzətə sultan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Kəndi çocuq, ruhdə bir intibaha, bax!Salik bulunduğu o gözəl şahrahə bax,Ruyində parlayan ləmə'ati-fəlahə bax,Bax, bax, o dideyi-ülüviyyətpənahə bax.

Ey kainati-izzətə sultan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Dildadeyi-xüraminəm, ey kəpki-cilvədar,Xətvəndə qaldı gözlərim, ey mürği-xüldzar,Şövqü şətarətin vələhəfzayü cəzbədar,Ey qönçeyi-məali, a rəşkavəri-bəhar!

Ey kainati-izzətə sultan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Bax, bax, xüramına, nə əcəb dilfiribdir,Mə'sum bir çocuq nə əsilü nəcibdir,

Sanki şükufəzarə uçur əndəlibdir,Ey nuri-çeşmü can, ədəb insanə zibdir.

Ey kainati-izzətə sultan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Məktəb yerindi, şüğlün, işin iktisabdır,Kəsbin fünuni-aliyə, elmül-hesabdır,Fikrin ziyalı, şö'şəəli afitabdır,İslam çocuqları, a quzum, dilxərabdır.

Me'mari-elm ilə dili imran olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Ey zadeyi-ədəb! Həsəd olsun bu halinə!Vermiş müəllimin nə təravət nihalinə,Məczubdir dilim şu münəvvər xəyalinə,Baxdıqca bəxtiyar deyirəm yolü balinə,

Ey kainati-izzətə sultan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Yavrum, quzum! Ülum iledir qiyməti-bəşər,Təhsili-mə'rifətlə olur rüf'əti-bəşər,Qabilmi elmsiz ola hürriyyəti-bəşər?Vabəsteyi-kəmaldır ülviyyəti-bəşər.

Ey kainati-izzətə sultan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Olsun həsəd şu madərə kim, elmə yardır,Ənvari-mərifətlə dili şö'lədardır,Gül bəsləmək üçün qucağı növbəhardır,İslam xanımları niyə zülmətşüardır?

Ey kainati-izzətə sultan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Bizlərdə yox ki, kəşfi-kəmalət xanımlara,Olmuş həlal pərdeyi-qəflət xanımlara,Hürriyyətü hüquq "zəlalət" xanımlara,Pirayədir qüyudü əsarət xanımlara.

Ey kainati-izzətə sultan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Əvvəl müəllimə çocuğa olsa madəri,Övlad olurmu tihi-cəhalətdə sərsəri?Olsun gərək də validə canpərə rəhbəri,Yox dinləyən, fəsanə bilirlər bu sözləri.

Sən dinlə, ey nümuneyi-ürfan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

Nisvan sözü alındımı kilki-kitabətə,Bir daşdı sanki bu düşüyor rə'si-millətə!Olsun tüfu, tüfu, bu cühulanə qeyrətə!Layiqmidir, quzum, belə millət siyadətə?

Sən söylə, qorxma, sahibi-vicdan olan çocuq,Ey cənnəti-səadətə rizvan olan çocuq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət