Alati-tərəb, dinlə, nə təqrir ediyorlar,Gizlin içiniz bədəni, təkfir ediyorlar.Aşiqlərin, eşqin tökərək arini, eyvah!Şəbani də, pirani də təkdir ediyorlar.Qəlb oldu qara, ərzi-camal etmədi amal!Hala bu xəyalətdə ki, iksir ediyorlar.Derlər ki: “Demə, dinləmə eşqin nəğəmatın”.Bax, bax, nə çətin qissəni təfsir ediyorlar!Təzyi' qılıb vəqtini meyparvəri-eşqin,Saliklərə bax, pirinə tənfir ediyorlar!Yüz kişvəri-dil nim baxışla alınırkən.Bu işdə gözəllər niyə təqsir ediyorlar?Bir firqə deyir: “Sə'y ilədir vişləti-ümmid”,Bir başqası vabəstəni təqdir ediyorlar.Sabit duracaq zənn ediyorsanmı cahanı?Bu kargahi-fitrəti təğyir ediyorlar.İç bədəni kim, möhtəsibü sufiyü müfti –Diqqətlə baxarsan, hamı təzvir ediyorlar.

Mütərcim

Bir milləti-islam qalıb, cümlə təvaif –Ürfan ilə vicdanları tənvir ediyorlar.Meydani-rəqabər kəsilib məşhəri-aləm,Bax, bax, nə gözəl əmtəə təşhir ediyorlar!Biz yıxmadayız cəhl ilə bünyani-cahanı,Sairləri viranəni tə'mir ediyorlar.Biz yaxmadayız zülm ilə cənnati-həyati,Ərbabi-xirəd gör necə dilsir ediyorlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq