Zümzümeyi-aşiqanə
Lütf et, geri gəl, dar-dilimə munisə-can ol!Bu yanmışa sən məhrəmi-əsrari-nihan ol!
Şol badeyi kim, məcməi-eşq içrə satarlar,Son bir neçə sağər bizə, söylə rəməzan ol.
Çün xirqəyə od vurdun, əya arifi-salik,Qıl cəhd ki, sərhəlqeyi-rindani-cəhan ol.
Dildar demişdir: sənə qəlbim nigarandır,Söylə: gəlirəm şimdi səlamət, nigaran ol.
Canbəxş ləbin həsrəti qıldı, ürəyim qan.Ey dürci-məhəbbət, yenə sən möhrnişan ol.
Əyləşməmək üçün dilinə qüssə qübarı –Sən də əqibi-namədən, ey əşk, rəvan ol.
Ol cami-cəhanbinə ki, Hafiz həvəs eylər,De: pişgəhi-Asəfü Cəmşid-məkan ol.
İstərsən açılsın sənə əsrari-xəfaya,Hadi kimi xaki-dəri-əhrari-zəman ol.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-zumzumeyi-asiqane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən söylədim əvvəl sənə, ey xaliqi-adəm,Xəlq eyləmə bu adəmi, bərbad olur aləm.
Aşiqi-giryan, cənani-xəndanA.Səhhət qardaşıma ithaf*1
Açıq və aydın düşüncələr“Parlaq yaz!” deyənlərə*Deyirsiniz mənə: “əş’arı gəl açıq söylə,
Tamaşayi-riqqətəngizDün bir kişi, varlı bir adəm, qürurkar;Vəchində kibrlər oluyordu şəramisar...
Başqa şairlərin şeirləri · Eşq
Hicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Senden ayru gönül harâb olısarSenden ayru gönül harâb olısarLeblerün ile feth-i bâb olısar
YandımYenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
Qonaq gəl bizəQəlbimi dindir,Sənə sözüm var.