Şeytani-rəcibin cənab Rəhimə xitabələri
Mən söylədim əvvəl sənə, ey xaliqi-adəm,Xəlq eyləmə bu adəmi, bərbad olur aləm.Qanlar tökəcəkdir, verəcək xaki-fəsadə,Ləzzət duyacaqdır, bilirəm, səfki-dimadə.Əkdikləri xeyr olmayacaq, cümləsi şərdir,Bir “bey”i”- “şər”ə təzyid edəm, bax ki, “bəşər”dir.İlk hərfini tənqis edəlim “adəm” olur “dəm”,
Xunriz olacaq, ey mənim Allahım, o adəm.Məscudi-mələik ediyorsan, bu bəşərdir,Mahiyyətini mən bilirəm sacidi-şərdir.Şayani-pərəstiş olamaz adəm, ilahi,Mahiyyətini anlayıram mən ki, kəmahi.Xəlq etmə bunu, xəlq edilir şeymidir insan?Bir dinləmədin fikrimi, ey xaliqi-imkan.Ustadı idim mən ki, cahani-mələkutun,Ey hakimi əflak ilə xakin, cəbərutun!Mətrudi-behişti olanın nəsli-kərimi (!)İştə unudub sən kimi bir rəbbi-rəhimi.Mən söylədim əvvəl sənə xəlq etmə, tökər qan,Bax adəmə, təsdiq elə şeytani-rəcimi.Duzəxlərə şayistə olan mənmi, ya adəm?İnsaf üzündən buyur, ey adili-ə’zəm?!Minlərlə sənə keçdi, yenə adəm o adəm,Sən duzəxi söndür, bu cahan oldu cəhənnəm.Hala deməyir adəmin övladi: “zələmna!”Lakin demiş idi bu sözü adəmi-mətrud.Neymiş bu bəşər zadəsi, mövcudi-”şəbalud”?Mən nolduğunu söyləmiş idim sənə rə’na.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-seytani-recibin-cenab-rehime-xitabeleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göründü mətləi-ümmidimizdən bari-hürriyyət,Təbəssümrizi-istiğnaydır rüxsari-hürriyyət.
Nəvayi-rindanəFədakarənə çıx meydana, əhrarənə cuş eylə,Sipəhsalar olub təftişi-əhvali-cüyuş eylə.
Nəvəhati-həyatCahan didəmdə durmuş bir zülamabad halında,Edir isbat mövcudiyyətin fəryad halında.
Nəyimiz var?Nə iste’dadi-ülviyyət, nə də ürfanımız vardır,Dəyərsiz, xeyirsiz yüz min sürü nadanımız vardır.
Başqa şairlərin şeirləri · İlahi eşq
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Sənsən dilimin əzbəri, ey yar, hər dəmFikrin gecə-gündüz mənə munis, həmdəm.
XoflanmaSözün ziyanı yox, sazın ondan çox,Sənətkar görəndə xoflanma bir də.