Çünki rəf oldu üzündən, ey şəhi-xuban, niqab,Qalmadı küfrü zəlalət, zahir oldu afitab.

Həq əyan oldu sənə, ey məzhəri-zatü sifat,Kənzi-məxfi aşikar olduvü həm yovmül-hesab.

Xeymeyi-miad imiş gördüm vücudum sərbəsər,Kafü nundan iki yana hər tərəf əlli tənab.

Ol ki, bu sirri bilir oldu şəhi-Misri-vücud,Hökm anın, buyruq anın, ol sahibi-əmrü xitab.

Kirpigin, qaşınla zülfün sirrini məndən eşit,Ta sənə ərz oluna həm məniyi-ümmül-kitab.

Arifi-həq istərəm söz tanıya aləmdə kim,Söyləyəm məqsudumu ta ol verə gerçək cavab.

Divi-naməhrəm nə bilsin sirri-ərvahi-nəbi,Talibi-dünyayi-dundur nəfsi-nadanü kilab.

Sirri-pənc əlhəmd faş oldu zi vəchü dəstü pa,Ey kəlamüllahi-natiq, ta be key başi bexab.

Məqtə — şairin təxəllüsü olan son beyt. Valiyi-əhd oldun, ey Səyyid, zi Fəzli-ləmyəzəl,Gör nəder vali budur, vallahi-aləm bilsəvab.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət