Şənbə günü mən uğradım ol sərvi-rəvanə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Şənbə günü mən uğradım ol sərvi-rəvanə,Şeyda qılıban saldı məni cümlə cəhanə.
Yekşənbə günü məcnun olub heyranı oldum,Gördüm üzün, oxşatdım anı mahi-təbanə.
Düşənbə günü razi-dilimi dedim axır,Ol gözləri nərgis, üzü gül, qaşı kəmanə.
Səşənbə günü səyyad olub seyrana çıxdım,Mən seyd oluban qurban olum püstə dəhanə.
Çərşənbə günü yar gəzə gəldi çəmən içrə,Bülbül dəxi gördü üzünü, düşdü fəğanə.
Pəncşənbə günü yarə dedim: pəndim eşitgil,Faş etmə bu razi-dilimi yaxşı-yəmanə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Adinə günü gördü camalını Nəsimi,Əmdi ləbi-lə’li-şəkkərin ol qanə-qanə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-senbe-gunu-men-ugradim-ol-servi-revane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şərbətin acı firqətin nuş edərəm şəkər kimi,Canımı dutmuşam qəmin qarşısına sipər kimi.
Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?Şol günəş təl’ətli ayə gər qəmər dersəm, nola?
Şol tamam ayın üzündən çünki rəf oldu niqabŞol tamam ayın üzündən çünki rəf oldu niqab,Zülmətin dövranı keçdi, zahir oldu afitab.
Olmaya məstanə eynintək, şəha, məkkar karOlmaya məstanə eynintək, şəha, məkkar kar,Karıma qoymaz məni hər bab ilə əğyar yar.
Başqa şairlərin şeirləri · Eşq
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
A narın-narınDil, zikr elə, nə şirindir yar adı,Qayin cinmi gəlir, a narın-narın.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,