Olmaya məstanə eynintək, şəha, məkkar kar,Karıma qoymaz məni hər bab ilə əğyar yar.

Yarı əhdində vəfalı istəgil, ey dust, dust,Dust olanlar eyləsin aşiqinə naçar çar.

Çarə istərsən əgər, sən daməni-dilgir gir,Girü dəstəm cana salma, ey üzü ənvar var.

Varmıdır nisbət sana bir türk dər Maçinü ÇinÇini-zülfünüz yenə əz nafeyi-tatar tar.

Tari-zülfün aşiqin ruzun qılır şəbrəng rəng,Rəngi-ali zərd olur həm, ey üzü gülzar zar.

Zardır hüsnündən ötrü ba ləbi-gülgün gün,Gün ötər xürrəm dutar ki, nərgisi-xunxar xar.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xarvəş ba hər kəsi sən güldən ötrü tizi tiz,Tiz Nəsimi cisminin sən yarğusunu yar, yar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq