Ta ki, gəldi eşqin, ol mənliyi məndən qapdı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ta ki, gəldi eşqin, ol mənliyi məndən qapdı,Bu xərabı qıldı mə’mur, xoş imarət yapdı.
Məskənət saldı xəyalın könlümün viranına,Tərcüman qılsa gərəkdir gənci-məxfi tapdı.
Zahida, inkara düşmə, olalım iqrari-eşq,Çün əzazil münkir oldu, əgri yola sapdı.
Əjdəhayı göricək Musa əsasın daşladı,Əjdəha oldu əsası, əjdahayı qapdı.
Zülfünüz çəkdi çəri gəldi Xəta, Çin üstünə,Xalınız qopdu Həbəşdən Rum elini çapdı.
Mustafanın mö’cüzündən iki şəqq oldu qəmər,Heybətindən Heydərin dağlar yerindən qopdu.
Məqtə — şairin təxəllüsü olan son beyt. Can fəda qıldı Nəsimi əz dəmi-Fəzli-ilah,Başını top eylədi, çövkanın aldı çapdı.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ta-ki-geldi-esqin-ol-menliyi-menden-qapdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Qulun ollam binalı yar,Məni gözdən nədən saldın?
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında