Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam,Düşdüm saçın sevdasına, gör nə pərişan olmuşam.
Gəl gör məni batində kim, nə gizli gəncəm fanisiz,Zahirdə gör bu surəti, aləmdə viran olmuşam.
Lə’lin Məsiha mö’cüzün aləmdə əhya eylədi,Uş mən vüsalından anın sər-ta-qədəm can olmuşam.
Həqqin kəlamı məndədir, sanma məni həqdən iraq,Çünki könüldür ərşi-həq, bəs ərşi-rəhman olmuşam.
Anəstünarın sirrinə Musa kimi irsəm deyən,Gəlsin məni görsün ki, uş aləmdə dastan olmuşam.
Gənci-nihanın sirriyəm, həm küntə kənzin məzhəri,Həm cövhərəm, həm cövhəri, həm cövhərə kan olmuşam.
Üştə Nəsimiyəm bu gün kəndi vücudum şəhrinə,Fəth eylədim həqdən bu gün, xaqanü sultan olmuşam.
Məqtə — şairin təxəllüsü olan son beyt. Adım Nəsimidir, bu gün oldum kəlami-natiq uş,Həm ayinə, həm nuri-həq, həm Fəzli-yəzdan olmuşam.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ta-kim-uzunu-gormusem-husnunde-heyran-olmusam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Ya təzədən yarat ya da…Aləm düşdü gözlərimdən,Mən aləmi dərk edəndən…
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Küçük bir levhəEhtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.